Gəlininin adına kredit götürən qayınana borcu ödəməkdən imtina edir

Yevlaxda gözdən əlil olan gəlinin adına “Unibank”dan kredit götürən qaynana onu ödəməkdən imtina edir.

Yevlaxın Aran qəsəbəsindən Tərtər rayonuna gəlin köçən Aygün İbrahimovanın adına qayınanası Mehbarə Bəylərova 500 dollar məbləğində kredit götürüb.

Yeniavaz.com xəbər verir ki, bir müddət keçdikdən sonra gəlin boşanıb ata evinə qayıtsa da, kredit kartı həmin evdə qalıb və hər ay ödənilməli olan məbləğ Aygün İbrahimovanın əlilliyi üçün təyin edilən 47 manatdan tutulub. Yevlax sakini 2 ildir bu məbləği ödəsədə hələ də banka 404 manat borclu qaldığını deyir. Çətin durumda yaşayan qadının bu məbləği ödəməyə imkanı çatmadığından keçmiş qayınanasına krediti ödəməli olduğunu bildirsə də, istəyi yerinə yetirilməyib. A. İbrahimova məcbur qalıb krediti özü ödəyir.

Aygun İbrahimova deyir ki, bir övladı ilə atasının himayəsinə sığınıb və çarəsiz durumda yaşayır. Hər ay onun kartından 23 manat tutulması isə onun vəziyyətini daha da ağırlaşdırır.

Məsələ ilə bağlı qarşı tərəfində fikirlərini öyrənməyə cəhd etsək də, telefon zəngələrimiz cavabsız qaldı.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top