Azərbaycanlı bacılar İsveç parlamentinə deputat seçildilər

Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian "Sosial-demokrat "partiyasından İsveç parlamentinə, bacısı Ayda Kərimli isə "Mərkəz" partiyasından əyalət millət vəkili seçiliblər.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk verib.

26 yaşlı siyasətçi Aylin 14 yaşından "Sosial-Demokrat Partiyası"nın fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top