Azərbaycanda 1 ton neftdən neçə litr benzin və dizel alınır? - SOCAR-dan AÇIQLAMA

Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) neft emalı zavodlarında 5 milyon 810 min ton xam neft emal olunub.

Yeniavaz.com SOCAR tərəfindən açıqlanan illik hesabata istinadən bildirir ki, emal olunan xammaldan 1 milyon 215,2 min ton avtomobil benzini, 588 min ton reaktiv muhərrik yanacağı, 1 milyon 849,2 min ton dizel yanacağı, 200,6 min ton maye qazlar, 237,1 min ton bitum, 35 min ton sürtkü yağları, 226,9 min ton koks və sair məhsullar istehsal edilib. 2017-ci ildə neft emalının dərinliyi 91,9% təşkil edib. İl ərzində satılan neft məhsullarının 82%-i daxili bazara, qalan 18%-i isə ixrac olunub.

Açıqlanan rəqəmlərdən belə görünür ki, neft emalı zavodlarında 1 ton neftin emalından 209 litr benzin, 318 litr dizel alınır.

DİGƏR XƏBƏRLƏR

Top