PKK-nın neftdən qazandığı fantastik məbləğ

PKK-nın Suriya qanadı olan PYD və YPG neftdən 700-800 milyon dollar qazanır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Tehranda Türkiyə-Rusiya-İran liderlərinin iştirakı ilə keçirilən sammitdə Vladimir Putinlə aralarındakı dialoqu təyyarədə jurnalistlərə danışan Ərdoğan bildirib ki, ABŞ Suriyada YPG-ni bəstəyir:

"ABŞ Suriyada baş verənləri hazırda tamamilə tribunadan izləyən vəziyyətdədir. Heç bir vədini yerinə yetirmir. Menbiçdə vədinə əməl etdimi? 90 gün dedi, amma 90 günü keçib... İndi yenidən terror təşkilatları oraya daxil etməyə çalışır. Eyni şeyi Deyrizorda da etdilər. İndi Deyrizordan terror təşkilatlarını, PYD-ni, YPG-ni bəsləyirlər. Necə? Təbii ki, neftlə... Orda terror təkşilatlarının çox ciddi əlirləri var. 300 milyon dollarlıq xam neftdən söhbət gedir. Emal edilmiş halda 700-800 milyon dollar deməkdir. Bu rəqəmi Putinə dedim, çox təəccübləndi".(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top