İraqda İŞİD neft kəmərini partlatdı


İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Kirkük vilayətində neft kəmərini partladıblar.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Asayiş” kürd təhlükəsizlik qüvvələrinin başçısı İdris Rəfaət bildirib.

“Bu gün səhər saatlarında İŞİD terrorçuları iki bomba ilə Kirküklə Dubiz arasındakı neft kəmərini partladıblar”, - Rəfaət deyib.

Partlayış nəticəsində meydana gələn yanğını hələ də söndürmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top