Gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var - Adlar - YENİLƏNİB

Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub. Yeniavaz.com xəbər verir ki, bunlar biri "Mercedes"in sürücüsü və eyni zamanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır. Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.

Esmira Hidayətova, Mingəçevir

12:16***

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb. Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.(Report)

DİGƏR XƏBƏRLƏR

Top