11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verilib

Nyu-York metropoliteninin 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktında dağılmış metro stansiyası 17 il sonra istifadəyə verilib. Yeniavaz.com Trend-ə istinadən bildirir ki, "Cortlandt Street" stansiyası Ümumdünya Ticarət Təşkilatının altında yerləşib. Terror aktı zamanı stansiya dağıntılarla dolub. Stansiya indi "WTC Cortland" adlanır.

Bu illər ərzində layihənin hazırlanması xərci 69 milyon dollardan 158 milyon dollara qədər artıb. Digər məlumatlara görə, layihə 181 milyon dollara başa gəlib.

Bərpa edilmiş stansiya ABŞ-ın Müstəqilliyi haqqında və BMT-nin insan haqları deklarasiyalarının mətni yazılmış mozaika ilə bəzədilib.

DİGƏR XƏBƏRLƏR

Top