15 iyul qazisi Nəcməddin Utus dövlət çevrilişinə cəhddə şübhəli bilinən və hazırda həbsdə olan general-mayor Mehmet Dişlinin böyük qardaşı Şaban Dişlinin Türkiyənin Haaqada səfiri təyin edilməsini etiraz edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, N. Utus məsələ ilə bağlı sosial şəbəkədə açıqlama verib.
O bildirib: “Məni və qaziləri gülləbaran edən bir xain generalın qardaşını Hollandiyaya səfir təyin edilərkən ağlıma Kılıçdaroğlunun sözü gəldi: idarəli çevriliş. Deməli bizdən istifadə edərək tarixin zibiliyyinə atdınız. Sizləri əvvəlcə Allaha sonra da millətə həvalə edirəm. CHP-yə PKK və Güləni müdafiə edirsiniz dediniz. Biz də dəstəklədik. Düz deyirsiniz dedik, amma səhv etdik. CHP PKK-nı müdafiə edəndə siz də çevrilişçiləri qorudunuz, xalqa və bizlərə isə CHP müdafiə edir deməklə inandırdınız. Ancaq Şaban Dişlini, çevriliş edənləri mükafatlandırdınız. Millət də sizi ən yaxın seçkilərdə mükafatlandıracaq”.