Misirdə 75 nəfər edam olunacaq

Qahirə məhkəməsi 75 nəfər, o cümlədən “Müsəlman qardaşları” hərəkatının liderlərindən biri – Məhəmməd əl-Biltaci barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Müttəhimlərin hamısı Misirin sabiq prezidenti Məhəmməd Mursinin devrilməsinə qarşı keçirilən etiraz aksiyalarının təşkilində ittiham olunurlar.

Məhkəmədə Avropa Şurasının diplomatik nümayəndələri də iştirak ediblər.

Misir qanunlarına görə, məhkəmə qərarından 60 gün ərzində apellyasiya şikayəti vermək olar. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top