Paşinyan Putinlə görüşdə daxili işlərə qarışmamağı istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ümid etdiyini bildirib ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra da ölkələrin maraqlarına hörmət prinsipi və daxili işlərə qarışmama prinsipi əsasında qurulacaq.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, N. Paşinyan bunu Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

O bildirib: “Əminəm ki, bu məsələlər (iki ölkənin) həll ediləcək və biz müttəfiq münasibətlərimizin maraqlarına hörmətə, ölkələrimizin maraqlarına hörmətə, bir-birimizin daxili işlərinə qarışmama prinsipi əsasında ölkələrimizin suverenliyinə hörmətə söykənəcək”.

N. Paşinyan əlavə edib: “Qeyd etmək istəyirəm ki, hazırda erməni və Rusiya mətbuatında, eləcə də sosial şəbəkələrdə mövcud olan müəyyən bədbinliyə baxmayaraq, münasibətlərimiz çox dinamik inkişaf edir və bu, çox təbiidir. Fikrimcə, əsas vəzifəmiz münasibətlərimizin bütün potensialını üzə çıxarmağa çalışmaqdır”.

Baş nazir hesab edir ki, iki ölkənin münasibətlərində həll oluna bilməyən məsələlər yoxdur: “Biz əlbəttə ki, bu gün məsələlərin çox geniş əhatəsini müzakirə edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top