
Ermənistanın keçmiş Baş naziri Ovik Abramyana qarşı ittiham irəli sürülüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, ona qarşı başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilib.
O. Abramyan bununla bağlı “Facebook” səhifəsində yazıb: “Təxminən 1 ay əvvəl bir qrup maskalı şəxs guya operativ məlumat əsasında mənə və qohumlarıma məxsus olan mənzillərə və tikililərə zorla daxil olub. Axtarış nəticəsində qanunsuz heç nə tapılmayıb, lakin buna rəğmən, hüquq-mühafizə əməkdaşları mənim pasportumu alaraq Ermənistan qanunvericiliyini kobud şəkildə pozublar”.
Tətbiqimizi yükləyə bilərsiniz