ABŞ Rusiyanın hipersəsli silahına qarşı aparat hazırlayıb

ABŞ-ın DARPA müdafiə-tədqiqat agentliyi Rusiya və Çinin hipersəsli silahı ilə mübarizə aparmaq iqtidarında “Glide Breaker” önləyici aparatının konseptini təqdim edib.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, amerikalı hərbçilər Rusiyanın hipersəsli silahlarından, o cümlədən “Avanqard” və “Kinjal” raket komplekslərindən narahatdırlar.

DARPA aparatın hazırlanmağa başlamasını elan edib və önləyicinin konseptini D60 sərgisində nümayiş etdirib. “Glide Breaker” uçan aparatının ölçüsü kiçikdir. O, düşmənin hipersəsli raketini kinetik önləmə ilə məhv edəcək. Bu da onun hədəfi birbaşa vurmasını nəzərdə tutur. Kinetik önləmə ayrıca hərbi elementi ehtiva etmir, hədəfin vurulması isə aparatın bütün korpusunun köməkliyilə baş verir.

“Glide Breaker” proqramının məqsədi ABŞ-ın səsdən sürətli silahlardan və hipersəsli təhdidlərin bütün növlərindən qorunmaq imkanlarını genişləndirməkdir. Yeni aparatın daha ətraflı quruluşu barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top