Bu fotolar Suriyada yox, Bakıda çəkilib - "Onları görüb səhərəcən yata bilməmişəm" - FOTOLAR

"Dünən Sabunçudakı yerüstü keçiddə dilənən bu uşaqların palçıqlı, yalın ayaqlarını, natəmiz görkəmlərinin altındakı gözəlliyi, məsumluğu görüb gecə səhərəcən yatmamışam". Yeniavaz.com xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri, aktiv sosial şəbəkə istifadəçisi Fəridə Aslanova 

"Dünən axşam mən bu uşaqları görəndə onlar əl-ələ verib maşınların sıx hərəkət hissəsindəkı yolu qaçaraq keçidin girəcəyindəki buz kimi daşın üstündə oturdular və sonra gəlib-gedənə əl açmağa başladılar. Fikir verdim ki, kənardan onları izləyən və bu murdar peşəyə cəlb edən kimsə var.
Deyəcəksiniz ki, bu adət qaraçı millətində var və dilənməyi də təbiidir. Allah onların adətlərini kəssin!
Bəs, insanlığın milliyyəti varmı? Hamı onların yanından təəssüflə keçib gedir, lakin belə halların qarşısını birdəfəlik almaqda isə sanki bütün dünya acizdir.

Hərdən fikirləşirəm ki, bu ölkədə yaşayan qaraçıların şəxsiyyət vəsiqəsi varmı, onların uşaqları əsgərlik xidmətinə çağırılırmı və s.?
Küçədə böyüyən uşaqların gələcəyi, vətəndaşlığı nə olacaq, görəsən?
Min naz-nemət içində üfləyə-üfləyə uşaq saxlayırıq, qorxuruk ki, amandır, ayaqları yerdən soyuq çəkər... Bəs, görəsən özünü şəhərin ortasında Afrika cəngəlliklərinin sakinləri kimi aparan uşaqlara soyuq olmurmu?
Bəlkə də onlara soyuq olmur. Amma mən uşüyürəm. Əlacsızlıqdan və onlara yardım edə bilmədiyimdən vicdanım üşüyür, içim sızlayır. Axı, mən təkcə bu işin öhdəsindən gələ bilmərəm. Uzaqbaşı bir neçə gün onların ac qarınlarını doyuraram və yaxud uşaqlarımın istifadə etmədiyi paltarları yığıb verə bilərəm. Bəs, sonra?",-deyə Fəridə Aslanova qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top