Tramp: Çinlə sərt olacağam, çünki mən belə olmalıyam

ABŞ 250 milyard dollar dəyərində məhsullara olan mövcud rüsumlara əlavə olaraq Çindən daha 267 milyard dollar dəyərində mallara rüsumlar tətbiq etməyə hazırdır. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib: “Mən Çinlə sərt olacağam, çünki mən belə olmalıyam... Biz texnologiyalarda rüsumlarla 50 milyard tutduq. İndi daha 200 milyard əlavə etdik. Və demək xoş deyil, lakin əgər istəsəm, qısa müddət ərzində xəbərdarlıq etməklə rüsumların tətbiq edilməsi üçün daha 267 milyard dollarlıq malların siyahısına artıq hazırıq”.

DİGƏR XƏBƏRLƏR

Top