İran İraqla sərhədi bağladı

İran İraqla arasındakı Şelamçe sərhəd keçid məntəqəsini bağlayıb. Yeniavaz.com “Milliyet” qəzetinə istinadən xəbər verir ki, buna səbən nümayişçilərin İraqın Bəsrə şəhərində İran Baş Konsulluğunun binasını yandırması olub.

İran tərəfi nümayişçilərin konsulluğu yandırmasını vandalizm və əxlaqsızlıq aktı adlandırıb. İranlı diplomatlar diplomatik missiyanın binasının tam yandırıldığını bildiriblər.

Xatırladaq ki, minlərlə Bəsrə sakini sentyabrın 4-dən etibarən şəhərdə davam edən etiraz aksiyalarına qoşulub. Onlar sosial şəraitin yaxşılaşdırılmasını tələb ediblər. Etirazçılar çəpər kordonlarını yararaq İran konsulluğuna hücum edərək onu yandırıblar. Bundan başqa, yüzlərlə insan ABŞ-ın diplomatik nümayəndəliyinə hücum etməyə cəhd edib, lakin təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırılıb. Həmçinin, Bəsrədə Cənub neft şirkətini mənzil-qərargahını yandırmağa cəhd olub.

DİGƏR XƏBƏRLƏR

Top