Türkiyə İdlibdəki vəziyyətdən çıxış yolunu göstərdi

İdlib vilayətində olan silahlıları digər ərazilərə köçürmək mümkündür.

Yeniavaz.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib: “Hesab edirəm ki, rusiyalı dostlarımızı narahat edən və Hmeymimlə Hələbə təhdid törədən elementləri daha uzaq yerlərə köçürə bilərik. Regiona mülayim müxalifətin köməkliyilə nəzarət etmək mümkün olacaq”.

R.T. Ərdoğan, həmçinin İdlibdə atəşkəs elan etməyi və vilayətə hücumları dayandırmağı təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top