Ruhani: İran Suriyada qalacaq

İran Suriyada iştirakını saxlayacaq və bunu Dəməşqin xahişi ilə edir.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Rusiya, Türkiyə və İran sammitində deyib.

Onun sözlərinə görə, İran qanuni Suriya hökumətinin xahişi ilə bu ölkədə terrorçuluqla mübarizə aparmaq üçün iştirak edir: “Bizim Suriyada iştirakımızın davamı bu prinsip əsasında gələcəkdə həll olunacaq”. H. Ruhani qeyd edib ki, İranın Suriyada mövcudluğu nə keçmişdə, nə də gələcəkdə Tehranın iradəsini kiməsə diktə etməyə istiqamətlənməyib.

Prezident əlavə edib ki, İsrail dərhal Suriya ərazisini tərk etməlidir: “Beynəlxalq qətnamələrə və Suriya xalqının tələblərinə əsasən, işğalçı İsrail rejimi Suriyanın işğal olunmuş ərazilərini dərhal tərk etməlidir. ABŞ-ın Suriyada iştirakı qanunsuzdur, bu təcavüzdür. ABŞ Suriyada sülhə nail olunmasını çətinləşdirir, ekstremistərin rejimini dəstəkləyir”. Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran Suriyada terrorçuluğun qarşısını ala bilib: “İdlibdə terrorçuluqla mübarizə Suriyada sülh və sabitliyin qorunması missiyasının ayrılmaz hissəsidir. Mülki əhali bu mübarizədən əziyyət çəkməməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top