ABŞ vətəndaşlarına Nardarana getməyin deyir, səfiri bu kənddə özünə villa tikir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti tərəfindən ölkə vətəndaşlarına xəbərdarlıq edilir ki, Azərbaycanda səfərdə olarkən Nardaran kəndinə getməkdən çəkinsinlər, yaxud getdikləri zaman ehtiyat tədbirlərini artırsınlar. Yeniavaz.com ABŞ Dövlət Departamentinə istinadən bildirir ki, ehtiyat tədbirlərini artırmaq tövsiyəsi yalnız Nardaran kəndi ilə bağlı olub. Xəbərdarlıqda qeyd olunur ki, Abşeron yarmadasında yerləşən və Bakıdan 45 kilometrlik məsafədə olan Nardaran kəndinin sakinləri mühafizəkardır. Bildirilir ki, Nardaranda müxtəlif vaxtlarda ABŞ və İsrail əleyhinə etiraz aksiyaları keçirilib.

Məlumat üçün qeyd edək ki, Dövlət Departamenti öz vətəndaşlarına Nardarana getməmək tövsiyyəsi versə də, ABŞ-ın Azərbaycanda səfiri olmuş Stenli Eskuderonun bu kəndddə böyük torpaq sahəsinə sahib olduğu bildirilir. Hətta 2008-ci ildə Nardaran sakinlərinin ABŞ-ın ölkəmizdəki səfirliyi qarşısında etiraz piketi keçirməyə cəhd ediblər. Onlar iddia edirlər ki, keçmiş səfir Nardaranda qanunsuz yollarla torpaq sahəsi əldə edib.

Onu da qeyd edək ki, Stenli Eskudero 1997-2000-ci illərdə ABŞ-ın ölkəmizdəki səfiri vəzifəsində çalışıb. Diplomatik missiyası başa çatdıqdan sonra o, Bakıda yaşamağa qərar verib. Mətbuatın yazdığına görə, oğlunu azərbaycanlı Nigar Nəzərova ilə evləndirən Eskudero bir müddət Bakıdakı "McDonalds" restoranlarına və ABŞ-Azərbaycan Ticarət Palatasına rəhbərlik edib. Keçmiş səfirin Nardaranda dəbdəbəli villasının da olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top