Ruslar İdlibi yenidən bombaladı

Rusiyanın hərbi təyyarələri Suriyanın İdlib vilayətinə hava zərbələri endirib.

Yeniavaz.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hava hücumu zamanı Kəfər, Zeyte, Harbit və Abdin əraziləri bombalanıb.

Suriyalı müxaliflərin məlumatına görə, hökumət qoşunlarının iki təyyarəsi də bombardmanda iştirak edib.

Qeyd edək ki, bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə Suriya sammiti keçirilir. Sammitin əsas mövzusunu İdlib məsələsi təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top