Məsciddən oğurluq hadisəsinin TƏFƏRRÜATI məlum olub - VİDEO - YENİLƏNİB

Bu gün sosial şəbəkələrdə Bakıdakı məscidlərdən birindən oğurluq etdiyinə görə tutulan və dirəyə bağlanan şəxsin videogörüntüləri yayılıb.

Yeniavaz.com Sputnik agentliyinə istinadən bildirir ki, bu hadisə Yasamal rayonunda baş verib. Məscidin nəzir qutusunu sındırıb içindən yüz manata yaxın pulu oğurlayan gənci molla yaxalayıb və Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşlarına xəbər verib. Polis gələnə qədər molla oğrunun qaçmaması üçün onu dirəyə sarıyıb.

Yasamal rayon hüquq-mühafizə orqanlarından deyiblər ki, saxlanılan şəxs özünü Mirzəyev Anar Tacəddin oğlu kimi təqdim edib. Bildirib ki, 1985-ci ildə Gəncədə anadan olub və bu şəhərdə yaşayır. Hazırda əməliyyatçılar bu məlumatları dəqiqləşdirir, çünki istisna etmirlər ki, saxlanılan şəxs özü barədə yalan məlumat verə bilər.

Amma araşdırma zamanı bu şəxsin başqa analoji oğurluq törətdiyi də üzə çıxıb. Bir neçə gün əvvəl o Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən məsciddən oğurluq edib və videomüşahidə kameralarına düşüb. Həmin vaxt şəxsin əynində Yasamalda molla tərəfindən tutularkən olan geyim olub. Mirzəyevin başqa analoji hadisələrə qarışdığı da istisna deyil.

***11:30

Azərbaycanda məsciddən oğurluq etdiyi iddia olunan şəxsin qolları vətəndaşlar tərəfində bağlanılıb və həmin şəxs təhqir olunaraq döyülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

video

DİGƏR XƏBƏRLƏR

Top