Bu ərazilərdə su olmayacaq - Gün ərzində

Bu gün Babək prospekti boyu ərazilərin bir hissəsinə və Nəcəfqulu Rəfiyev küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Yeniavaz.com-a verilən məlumata görə, məhdudiyyətlər Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində köhnə xətlərin ləğv edilməsi ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top