Fransada bütün istilik elektrik stansiyaları bağlanacaq

Fransa prezidenti Emmanuel Makron ölkədə bütün istilik elektrik stansiyalarının bağlanacağını deyib.

Prezident bununla da Fransanın dünyada bu tip stansiyalardan qurtulan ilk dövlət olacağını bildirib.

"Biz Fransadakı bütün istilik elektrik stansiyalarını bağlayacağıq. Biz bunu edəcək ilk ölkə olacağıq", - deyə Makron "Twitter"də yazıb.

Prezidentin sözlərinə görə, bu qərarın əsas üstünlüyü ekologiya sahəsində öhdəliklərə sadiqlik nümayiş etdirməkdir.(Report)

DİGƏR XƏBƏRLƏR

Top