2 milyardı mənimsəyən azərbaycanlı polis nəzarətindən qaçıb

Rusiyanın Perm vilayətinin polisi Azərbaycan vətəndaşı Şücayət Şəmi oğlu Həbibzadənin barəsində federal axtarış elan edib. Həbibzadə ƏDV maxinasiyalarında və digər cinayətlərdə, federal büdcəyə 2 milyard rubldan çox ziyan vurmaqda ittiham olunur. Onun barəsində cinayət işinin istintaqı 3 ildir ki, araşdırılırdı.

Məlumata görə 57 yaşlı azərbaycanlı 2018-ci il iyulun 23-də istintaq təcridxanasından buraxılıb və barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Lakin o, kirayə qaldığı mənzildən qolunda elektron qolbaqla birlikdə qaçıb.

2015-ci il avqustun 27-də qaldırılmış cinayət işinə əsasən Moskvada qeydə alınmış “KronaTreyd” MMC və “İnterKrays” MMc adlı şirkətlərin rəhbərliyində yer alan şəxslər ƏDV maxinasiyası yolu ilə federal büdcədən 2010-2012-ci illərdə 3.1 milyon rubl ələ keçiriblər. Daha sonra bu cinayət işi Perm gömrüyünün və polisinin apardığı başqa cinayət işi ilə birləşdirilib.

Cinayət işində onlarla epizod var. Onlardan üçü xüsusilə diqqəti cəlb edir. Bu, 2011-2015-ci illərdə “KronaTreyd” şirkətinin direktoru olan Həbibzadə tərəfindən 907 milyon rublun, habelə 2013-2016-cı illərdə 233 milyon rublun büdcədən yayındırılması, “İnterKrays” şirkətinin faktiki sahibi kimi onun 2012-2015-ci illərdə xeyli vəsaitin mənimsənilməsidir. Hər iki şirkətin sahibi Həbibzadədir, sənədlərdə biznesmen Həbibov Şücayət Şəmi oğlu kimi göstərilir.

2017-ci ilin avqustunda istintaqdan yayınan biznesmen barədə axtarış elan edilib. Onu həmin il oktyabrın 17-də Vladiqafqazda Rusiya dövlət sərhədini keçib ölkəni tərk etmək istəyərkən saxlayıblar. Bu zaman biznesmen Həbibzadə soyadı ilə pasport daşıyırdı. Ekspertlər barmaq izi ilə müəyyən ediblər ki, Həbibzadə həmin Həbibovdur. Nəticədə onun barəsində həbs qətimkan tədbiri seçilib. Lakin bu il iyulun 28-də məhkəmə bu qərarı yumşaldıb və Həbibzadənin vəkili tərəfindən kirayə tutulmuş mənzildə ev dustağı kimi saxlanılması qərarı verib. Həmin vaxt biznesmenin 113 milyon rubl mənsimdiyi barədə ona rəsmi ittiham elan edilmişdi.

Ev dustaqlığına buraxılandan sonra avqustun 31-də Həbibov qoluna taxılmış elektron qolbaqla birlikdə yoxa çıxıb. Onun qaçdığını cəzaların icrasına nəzarət üzrə Federal Xidmətin əməkdaşları ancaq sentyabrın 3-də Həbibovun qaldığı mənzilə daxil olarkən aşkar ediblər. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top