Lənkəran sakini kürəkənini bıçaqladı

Lənkəranda gənc qayınatası tərəfindən bıçaqlanıb. Hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq, Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Kişiyevə boyunun sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top