
Rusiya Yazıçılar İttifaqının üzvü, tanınmış yazıçı Vladimir Zaxarov Ermənistan hakimiyyətini qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırıb. Yeniavaz.com xəbər verir ki, Vladimir Zaxarov "artsakhpress.am" xəbər saytına verdiyi açıqlamada bu fikirləri səsləndirib.
Zaxarova deyib ki, Qarabağın müstəqilliyi ilk növbədə Ermənistan tərəfindən tanınmalıdır: "Keçmiş Ermənistan prezidenti Serj Sarkisyana yazdığım məktublarda mən hər zaman ondan Qarabağın müstəqilliyini tanımağını istəmişəm. Təəssüf ki, Rusiyanın Qarabağ ilə ortaq sərhədləri yoxdur, əks halda Moskvanın mövqeyi fərqli olardı. Bu baxımdan mən inanıram ki, Ermənistan rəhbərliyi bu istiqamətdə müsbət qərar qəbul edəcək".
Vladimir Zaxarov daha sonra bildirib ki, "Artsax" Respublikasının müstəqilliyinin 27 illiyi münasibətilə təşkil olunan tədbirlərdə iştirak etməkdən məmnundur.
Məlumat üçün bildirək ki, ermənilər hər ilin 2 sentyabr tarixini qondarma respublikanın müstəqillik günü kimi qeyd edirlər. Builki tədbirlərdə də bir sıra ölkələrdən ermənipərəst şəxslər iştirak edib. Onlardan biri də qeyd etdiyimiz kimi Rusiya Yazıçılar İttifaqının üzvü Vladimir Zaxarov olub.
Tətbiqimizi yükləyə bilərsiniz