Dubay-Nyu York təyyarəsində kütləvi xəstəlik müəmması

Dubay-Nyu York aviareysi ilə uçan təyyarədə sərnişinlər kütləvi şəkildə xəstələnib.

521 sərnişindən 100 nəfərdə naməlum xəstəlik əlamətləri müşahidə olunub.

Təyyarə havada olarkən pilot dispetçerlərə məlumat verib ki, bir neçə sərnişində yüksək hərarət, daha 100 nəfərdə isə kəskin öskürək müşahidə edilir.

“Emirates” aviaşirkətinə məxsus təyyarə Nyu Yorkda eniş etdikdən sonra şirkət nümayəndələri yalnız 10 sərnişinin xəstələndiyini bəyan ediblər.

Nyu York merinin mətbuat katibi ehtimal edib ki, kütləvi xəstələnmənin mümkün səbəblərdən biri təyyarənin qrip epidemiyasının tüğyan etdiyi Məkkə şəhərində eniş etməsi ola bilər. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top