Tibb işçisi ölmək üzrə olan xəstənin son arzusunu yerinə yetirdi

Avstraliyada təcili tibbi yardım işçiləri ölmək üzrə olan xəstənin son arzusunu yerinə yetiriblər.

Yeniavaz.com ölkə.az-a istinadən xəbər verir ki, onlar 72 yaşlı xəstəni dondurmaya qonaq ediblər.

Təcili tibbi yardımla xəstəxanaya aparılan 72 yaşlı xərçəng xəstəsi dondurma istəyib. Tibbi personal onu dondurmaya qonaq ediblər. Xəstə bir neçə saat sonra dünyasını dəyişib.

17 ildir xərçənglə mübarizə aparan Ron MakKartninin vəziyyəti son həftə daha da pisləşib. Ailəsi təcili yardım çağırıb. Tibb işçisi iki gün yemək yeməyən Rondan nə istədiyini soruşub. Xəstə dondurma istəyib. Təcili yardım maşını dondurma dükanının yanında dayanıb və xəstə dondurmaya qonaq edilib. Ron xəstəxanaya gətirildikdən bir neçə saat sonra vəfat edib. Onun arvadı Şeron və qızı Danielle Smit atasının son arzusunu yerinə yetirən Keyt və Hanna adlı tibb işçisinə təşəkkür ediblər.

DİGƏR XƏBƏRLƏR

Top