Rusiyadan milyardlarla dollar çıxarılır - HESABAT

Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkədən çıxarılan valyutanın həcmi ilə bağlı proqnozunu iki dəfə artırıb.

Yeniavaz.com bildirir ki, bu barədə oxu.az Rusiya İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilən hesabata istinadən məlumat yayıb.

Məlumata görə, 2018-ci ilin sonunda ölkədən 41 milyard dollar çıxarılacaq.

Bundan əvvəl isə bu göstəricinin 18 milyard dollar olacağı proqnozlaşdırılırdı.

Qeyd olunur ki, ölkədən kapitalın çıxarılması maliyyə hesabın mənfi saldosunu əks etdirir.

DİGƏR XƏBƏRLƏR

Top