“Qalatasaray”ın prezidenti: Azərbaycanda final oynamaq arzusundayıq

Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti Mustafa Cengiz “TRT Spor” telekanalına maraqlı açıqlamalar verib.

Cengiz Çempionlar Liqasının püşkatması zamanı gülməsinə aydınlıq gətirib.

O bildirib ki, gülməkləri asan qrupa düşməkləri ilə bağlı yox, sadəcə, həmin vaxt “Qalatasaray”ın adının çəkiləcəyini düşünmələri ilə bağlı olub.

Daha sonra Mustafa Cengiz Çempionlar Liqasında qrup üçüncüsü olsalar, məyus olmayacağını, 2019-cu ilin mayında Bakıda Avropa Liqasının finalında oynamaq istədiklərini bildirib:

“Ahmet Çakar deyib ki, “Qalatasaray” Çempionlar Liqasının püşkündə iştirak etdi, Türkiyə Kubokunun qrupu çıxdı. Bu, çox gülməlidir. Bu sözlərin də altına yazıblar ki, o qrupda Rusiya, Portuqaliya çempionları var.

Kameraman püşk atılanda başımızdan ayrılmadı. İngilislər “Qalatasaray” matçlarını cümə axşamı oynasın” deyə lağlağı etdilər. Bu, incə yumordur. Mən buna gülərəm. İnşallah, qardaş ölkə Azərbaycanda final oynayarıq”.

Qeyd edək ki, 2018/2019 mövsümünün UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakıdakı finalda Azərbaycan təmsilçisi “Qarabağ”ın da oynamaq şansı var. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top