Türkiyədə avtomobillərin 75 faizi dizel və qazla işləyir - RƏSMİ

Bu ilin avqust ayının əvvəlinə olan məlumata görə, Türkiyədə avtomobillərin 25,3%-i benzin, 36,3%-i dizel, 38%-i qaz (LPG) ilə işləyir. Yeniavaz.com-un Türkiyə Statistika İdarəsindən açıqlanana məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlilə müqayisədə ümumi avtomobillərin içərisində benzin və qazla işləyənlərin payı azalıb, dizellə işləyən avtomobillərin payı artıb. Belə ki, bu ilin əvvəlində Türkiyədə avtomobillərin 25,9%-i benzin, 35,4%-i dizel, 38,4%-i qaz (LPG) ilə işləyib.

Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə Türkiyədə avtomobillərin 75,2%-i benzin, 4,7%-i dizel, 14,7%-i qaz (LPG) ilə işləyib.

Onu da bildirək ki, avqust ayının 1-nə olan məlumata görə Türkiyədə 12 milyon 334 min 56 avtomobil qeydiyyatda olub. Onların 3 milyon 122 mini benzinlə, 4 milyon 482 mini dizellə, 4 milyon 685 mini qazla işləyir.

DİGƏR XƏBƏRLƏR

Top