Azərbaycandan Türkiyəyə il ərzində 10 min qadın köçüb

Ötən il Azərbaycandan Türkiyəyə 20 min 865 nəfər, Türkiyədən Azərbaycana isə 10 min 555 nəfər köçüb. Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycandan Türkiyəyə köçənlərin 10 min 736 nəfəri kişi, 10 min 129 nəfəri qadın olub. Bu dövürdə Türkiyədən Azərbaycana köçənlərin 5 min 769 nəfəri kişi, 4 min 786 nəfəri qadın olub.

Əvvəlki illə müqayisədə Azərbaycandan Türkiyəyə köçənlərin sayı 5 min 581 nəfər və ya 36,5% artıb. Türkiyədən Azərbaycana köçənlərin sayı isə əvvəlki illə müqayisədə ötən il 6 min 265 nəfər və ya 2,5 dəfə çox olub.

Qeyd edək ki, ötən il Türkiyəyə köçənlərin sayı 466 min 333 min nəfər, Türkiyədən köçənlərin sayı isə 253 min 640 nəfər olub. Əvvəlki illə müqayisədə Türkiyəyə köçənlərin sayı 22,4%, Türkiyədən köçənlərin sayı isə 42,5% artıb.

Türkiyəyə köç edənlər əsasən İraq, Əfqanıstan, Suriya, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Misir vətəndaşları olub.

DİGƏR XƏBƏRLƏR

Top