Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqının daimi üzvü olan 28 ölkəsi Rusiyaya qarşı individual sanksiyaları yarım il müddətinə uzatmaqla bağlı qərarı təsdiqləyib.

Bu barədə İtar-Tass-a Aİ Şurasındakı mənbə məlumat verib.

Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda ittiham etdiyi Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları martın 12-dən sentyabrın 15-nə kimi uzadıb.

Mənbə, eyni zamanda bildirib ki, avqustun 31-də qətlə yetirilən Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko qara siyahıdan çıxarılıb. Bununla da, Aİ-nin sanksiya siyahısında 154 fiziki şəxs və 44 təşkilat var. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top