Müstəqillik dövründə ən çox boşanma bu il baş verib - Son 27 ilin statistikası

Bu ilin ilk yarısında Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5 olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.

1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub. Növbəti illərdə Azərbaycanda nikahların sayında daha yüksək göstərici qeydə alınsa da, boşanmalarda bu cür yüksək göstərici yalnız son 3 ildə qeydə alınıb. 2007-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, 2011-ci ildə isə 9,7 olub. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə yalnız 2013-cü ildə 1992-ci ildəki səviyyəyə 1,3-ə yüksəlib. 2013-2015-ci illərdə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,3, 2016-cı ildə 1,4, 2017-ci ildə isə 1,5 olub.

Məlumat üçün bildirək ki, bu ilin ilk altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb.

1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:

İllər

Nikahlar

Boşanmalar

1992

68 740

9 465

1993

60 028

6 564

1994

47 147

6 256

1995

43 130

5 669

1996

38 572

5 598

1997

46 999

5 806

1998

40 851

5 657

1999

37 382

5 013

2000

39 611

5 478

2001

41 861

5 382

2002

41 661

5 738

2003

56 091

6 671

2004

62 177

6 914

2005

71 643

8 895

2006

79 443

7 817

2007

81 758

8 340

2008

79 964

7 933

2009

78 072

7 784

2010

79 172

9 061

2011

88 145

10 747

2012

79 065

11 087

2013

86 852

11 730

2014

84 912

12 088

2015

68 773

12 764

2016

66 771

13 114

2017

62 923

14 514

2018

ilk 6 ay

27 525

7 219

DİGƏR XƏBƏRLƏR

Top