Boşanmaq istəyən arvadını məhkəmənin qarşısında öldürüb - Gəncədə

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib. Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onların bir azyaşlı övladı var idi.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top