Kim Çen Indən xəbər var - İtkin düşməyibmiş

Şimali Koreya lideri Kim Çen In yenidən ictimaiyyət arasında görünüb.

Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, Kim Çen In Şimali Koreyanın nüvə silahlarının layihələşdirilməsinin əsas fiqurlarından olan Cju Qyu Çxanın dəfn mərasiminə qatılıb.

Çxanın ölkəsinin müdafiəsinə xüsusi əməyi olduğu deyilir.

Cənubi Koreya mətbuatı Kim Çen Inın son 15 gün ərzində mətbuatda görünmədiyini qeyd edir.

Qeyd edək ki, yaxın günlərdə Şimali Koreyanın əsasının qoyulmasının 70 illiyi qeyd olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top