Yevlaxda keçmiş məhkum silah-sursatla yaxalanıb

Yevlax polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Qafurovdan “AKSU” markalı silah, 16 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Yeniavaz.com xəbər verir ki, saxlanılan şəxs silahı qəbiristanlıqdan 1 il öncə tapdığını, evdə kimsənin əlinə keçməməsi üçün yenidən həmin əraziyə qaytaran zaman ələ keçdiyini deyib.

Silahla bərabər sandıqca və güllələrin olduğunu bildirən Raqif Qafurov silahdan istifadə etmədiyini açıqlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top