Ərdoğan: Bu əraziyə raket düşsə, qan töküləcək​

Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, "Sabah" qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"İdlibdə 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyətdən yayınır. Lakin bu əraziyə raket düşsə, qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq", - deyə o bildirib.

Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.

Həmçinin Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top