Ağ Ev aparatının rəhbəri: "Donald Tramp ağlını itirmiş sərsəmdir"

Ağ Ev aparatının indiki rəhbəri, general Con Kelli öz həmkarlarının yanında prezident Donald Trampı “ağlını itirmiş sərsəm” adlandırıb. Bu iddia “Washington Post” qəzetinin jurnalisti və redaksiya heyətinin üzvü Bob Vudvordun 11 sentyabrda satışa girəcək kitabında yer alıb.

Vudvorda görə, Con Kelli iclaslar zamanı və iş günlərində prezidentin davranışlarına görə, tez-tez özündən çıxırmış. Aparat rəhbəri hətta çalışanlarının yanında prezidentin ağlını itirdiyini təkrar edirmiş.

Kitabda Con Kellinin “Bu adam xalis dəlidir. Onu nəyəsə inandırmağın faydası yoxdur, elə bil başına hava gəlib. Biz dəlilik şəhərindəyik. Heç bilmirəm ki, bu vaxta kimi burda nə işmiz var. Bu, mənim həyatımda çalışdğım ən pis işdir”, - kimi ifadələr işlədib.

Bilindiyi üzrə, Con Kelli 2017-ci ilin iyulun 29-da Donald Tramp tərəfindən Rayan Pribasın yerinə bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, vaxtilə ABŞ dövlət katibi Reks Tillersonun da Donald Tramp haqqında bənzər sözlər sərf etdiyi barədə informasiyalar çıxmış, bundan bir qədər sonra isə Tillerson öz vəzifəsi ilə vidalaşmalı olmuşdu. (musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top