İsrail Suriyada İran və "Hizbullah"a məxsus 200-dən çox obyekti vurub

İsrail 2017-ci ilin əvvəlindən Suriyada İran və Livanın "Hizbullah" hərəkatına məxsus 200-dən çox obyektə hücum edib.

Bu barədə çərşənbə axşamı İsrail hərbçilərinin sentyabrın 10-u yəhudilərin Yeni ili sayılan Roş ha-Şana bayramı ərəfəsində yerli jurnalistlər üçün keçirdiyi brifinqin yekunları üzrə "The Times of Israel" qəzeti məlumat yayıb.

Hərbi nümayəndə bildirib ki, İsrailin Müdafiə ordusu 12 ayın yekununda Suriya ərazisində 202 hədəfi vurub və bunun üçün 800 raket və mərmi sərf olunub.(Report)

DİGƏR XƏBƏRLƏR

Top