Şimali Koreya lideri itkin düşüb?

Şimali Koreya lideri Kim Çen In "itkin” düşməsi barədə məlumat yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 15 gündür Kim Çen In yoxa çıxıb və ictimaiyyətə görünməyib.

Şimali Koreyanın KİV-nin də liderlərinin fəaliyyətini, müxtəlif zavod və müəssisələrə, ölkənin fərqli yerlərinə səfərini hər zaman detallı şəkildə işıqlandırmalarına baxmayaraq, Kim Çen Inın hansısa tədbirdə iştirak etməsilə bağlı axrıncı məlumat 21 avqustda yayımlanıb.

Kim Çen Inın Şimali Koreyanın 70 illik yubileyi münasibətilə 8 sentyabrda keçiriləcək təntənəli tədbirdən öncə yoxa çıxması xüsusi diqqət çəkib və bir növ narahatlığa səbəb olub.

Sabah Çen In Cənubi Koreya prezidenti Mun Çje İnin xüsusi elçisi ilə görüş də keçirməlidir.

DİGƏR XƏBƏRLƏR

Top