Turistlərin Azərbaycanda nə qədər pul xərclədikləri AÇIQLANDI

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 747 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 144 milyon manat və ya 24% artıb.

2018-ci ilin iyul ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 32% artıb.

DİGƏR XƏBƏRLƏR

Top