Ən çox ixrac etdiyimiz qeyri-neft məhsulu - Pomidor

Bu ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon dollar olub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatlara istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar və ya 13% artıb.

Bu ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 68 milyon dollar) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon dollar) üçüncü olub.

DİGƏR XƏBƏRLƏR

Top