Dağıstan qazsız qaldı

Dağıstanda qəza nəticəsində 74 yaşayış məntəqəsi qazsız qalıb.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, Tabasaranskda "Kamaz" markalı yük avtomobilinin əsas borulardan biri ilə toqquşması nəticəsində 219 mm-lik diametrə malik qaz sızması yaranıb.

Hadisə nəticəsində partlayış baş verməyib.

Yaranan problemin bu günün sonuna qədər aradan qaldırılacağı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top