
Rusiyanın qırıcı təyyarələri Suriyanın İdlib şəhərinə hava hücumu edib.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Rəsədxanasının nümayəndələri deyiblər.
Bildirilir ki, Rusiya 22 gündən sonra ilk dəfə İdlibi bombalamağa başlayıb. Suriyanın hökumət qoşunları da vaxtaşırı İdlibə havadan zərbələr endirir. B. Əsəd rejiminə tabe olan ordu ara-sıra İdlibi top atəşləri ilə hədəf alır.
Qeyd edək ki, İdlibdə 4 milyon dinc sakin yaşayır. İdlib siyasi və hərbi cəhətdən strateji önəmə malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz