Mingəçevirdə keçirilən 4 günlük seminar başa çatıb

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqənin “müəllimlərin peşəkarlığının yüksəldilməsi" mövzusunun qalibi Mingəçevir 18 saylı məktəbin müəlliməsi Gülü Alməmmədova olub.

Bununla bağlı Mingəçevirdə 4 gün 30 müəllimin iştirakı ilə seminar keçirilib. Bu gün seminara yekun vurulub.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Seminarda müəllimlərin şəxsi keyfiyyətlərindən, kurikulumda çatmayan cəhətlər, şagirdlərin dərsi qavramadan dərsi internetdən köçürüb yazmalarından, müəllimlərin şagirdlərə yanaşma tərzindən, mütəmadi olaraq müəllimlər üçün kursların təşkil olunması, cəmiyyətə sağlam şagird yetişdirmək və təhsildə çatışmayan bir çox məsələləri qabardıblar. Təlim-tərbiyə prosesində şagirdlərin qiymətləndirilməsi əsas şərtlərdən biridir deyən müəllimlər bu mövzuya aid geniş müzakirələr aparıblar.

Seminarda çıxış edən müəllimələrdən Züleyxa İsmayılova, İlahə Cəfərova, Samirə Sultanova, Mələk Mustafayeva bildiriblər ki, ölkəmizin iqtisadiyyatı gücləndikcə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır, Azərbaycan təhsili də bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top