Bakının bir hissəsi susuz qalacaq

Paytaxtın Sabunçu rayonu ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Yeniavaz.com-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 4-də yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar Sabunçu rayonunun Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində suyun verilməsində məhdudiyyətlər yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top