BBC-nin binası qarşısında avtomobil partladılıb

Böyük Britaniya polisi BBC-nin Londonda yerləşən mənzil-qərargahı qarşısında dayanmış avtomobili nəzarət altında partladıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, polis şübhəli əşyaların axtarışı prosesində avtomobili partladıb.

Daçess-strit küçəsində park edilmiş narıncı miniveni partlayıcı qurğuları aşkarlayan və zərərsizləşdirən özüyeriyən robot partladıb.

Teleradioyayım korporasiyasının mənzil-qərargahının binası giriş və çıxış üçün bağlıdır və əhatəyə alınıb. Binaya bitişik küçələr də dövrəyə alınıb. Binanın daxilində olan BBC əməkdaşlarına pəncərələrinə yaxın gəlməmələri tövsiyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top