İsrail ordusu fələstinlini güllələdi

İsrail ordusunun açdığı atəş nəticəsində bir fələstinli güllə yarasından həlak olub. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, hadisə İordan çayının cənubundakı Əl-Xəlil (Xevron) şəhərinin şərqində baş verib: “Şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş açılan atəş nəticəsində həlak olub”.

İsrail ordusunun nümayəndəsi iddia edib ki, fələstinli bıçaqla Əl-Xəlildəki nəzarət-buraxılış məntəqəsində dayanan israilli əsgərlərə doğru irəliləməyə başlayıb. Hadisə nəticəsində israilli hərbçilərdən heç biri xəsarət almayıb.

DİGƏR XƏBƏRLƏR

Top