İŞİD ildə nə qədər pul qazanır?

İŞİD terror qruplaşmasının gəlirləri 2014-cü ildən bəri 10 dəfə azalıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Federal Təhqiqat Bürosunun Operativ informasiya və beynəlxalq əlaqələr xidmətinin rəhbəri Sergey Beseda deyib.

Onun sözlərinə görə, 2014-cü ildə 3 milyard dollar həcmində olan maliyyə daxilolmaları ilə müqayisə etsək, hazırda İŞİD silahlıları ildə 200-300 milyon dollar qazana bilirlər.

S. Beseda gəlirlərin azalmasının səbəbini onunla izah edib ki, neft hasilatı və silahlıların nəzarət etdikləri ərazilərdə qoyduqları vergilərdən daxilolmalar əhəmiyyətli dərəcədə azalıb.

DİGƏR XƏBƏRLƏR

Top