Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü - VİDEO

Paytaxtda bu gün səhər saatlarında avtomobil qəzası baş verib.

Yeniavaz.com yenicag.az-a istinadən xəbər verir ki, saat 09:00 radələrində Cəfər Cabbarlı küçəsində Türkiyə səfirliyinə məxsus "Chevrolet” markalı avtomobil "Mersedes” markalı maşınla toqquşub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, qəza anında manevr etməyə çalışan "Mersedes”ə ciddi ziyan dəyib.

Qəzanın görüntülərini təqdim edirik:

qeza

DİGƏR XƏBƏRLƏR

Top